Qobustanda elektrik naqilinin qırılması nəticəsində 10 baş mal-qara tələf oldu

18:11 - 22 Aprel 2023

Qobustanda elektrik naqilinin qırılması nəticəsində 10 baş mal-qara tələf oldu

Qobustan rayonunda elektrik naqilinin qırılması mal-qaranın tələfatına səbəb olub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ərəbqədim kəndində baş verib.

Qırılaraq yerə düşən elektrik naqilinə toxunan kənd sakinlərinə məxsus 10 baş iribuynuzlu mal-qara tələf olub.

Kənd sakinlərinə ümumilikdə 25 min manatdan çox ziyan dəydiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az