Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verdi - Yaralananlar var

21:37 - 22 Aprel 2023

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verdi - Yaralananlar var

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, minik avtomobilinin aşması nəticəsində rayonun Ağusəm kənd sakini, 1999-cu il təvəllüdlü İ.Şahbazov xəsarət alıb.

O, Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Qəza zamanı daha bir nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az