Göygöldə yol nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Hərəkətdə olan minik maşını yoldan çıxaraq hasara çırpılıb. Qəza zamanı minik maşındakı sərnişin 1963-cü il təvəllüdlü Sahilə Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.