Bakıda mağazada YANĞIN

10:13 - 03 İyul 2023

Bakıda mağazada YANĞIN

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1260 m² (hər mərtəbəsi 420 m²) olan üçmərtəbəli tikilinin 2-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının taxta üzlüyü, içərisində olan taxta rəflər, avtomobil ehtiyat hissələri və 1 ədəd kondisioner yanıb.

 

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az