Azərbaycanda AĞIR QƏZA: Ölən və yaralananlar var

08:39 - 24 İyul 2023

Azərbaycanda AĞIR QƏZA: Ölən və yaralananlar var

Salyanda baş verən yol qəzasında ölən və yaralananlar var.

Manset.az Report-a istinadən xəbər verir ki, olay yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil digər iki avtomobillə toqquşub.

Qəza nəticəsində hələlik kimliyi bəlli olmayan bir nəfər hadisə yerində ölüb.

1974-cü il təvəllüdlü Nəsirova Yaqut Gülbala qızı, 1964-cü il təvəllüdlü Əliyev Şahin Mirzəbala oğlu, 1995-ci il təvəllüdlü Musazadə Amil Tapdıq oğlu və daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az