Samuxda güclü yanğın

18:47 - 28 İyul 2023

Samuxda güclü yanğın

Samux rayonunda yanğın olub.

 

FHN-dən Manset.az-a verilən məlumata görə, rayonun Çobanabdallı kəndində “Mercedes” markalı yük avtomobilinin yanar hissələri və banında kapron çəlləklərə yığılan 1,5 ton işlənmiş yağ yanıb.

Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 3000 m² olan istixananın polietilen üzlüyü 100 m² sahədə əriyib. İstixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az