Şabranda zəncirvari yol qəzası: Xəsarət alanlar var

19:33 - 03 Avqust 2023

Şabranda zəncirvari yol qəzası: Xəsarət alanlar var

Bu gün Şabran rayonunda daha bir avtoqəza baş verib.

 

Manset.az report-a istinadən xəbər verir ki, rayonun Sincanboyad kəndində üç avtomobil toqquşub.

Belə ki, zəncirvari qəzada iki nəfər - 1988-ci il təvəllüdlü Hüseynov Zöhrab Nuralı oğlu və 2008-ci il təvəllüdlü Hacıyev Oruc Səxavət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, bu gün səhər saatlarında da Şabran rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az