Kamera quraşdıran ustanı elektrik cərəyanı vuraraq öldürdü

20:22 - 05 Avqust 2023

Kamera quraşdıran ustanı elektrik cərəyanı vuraraq öldürdü

Bərdə rayonunda müşahidə kamerası quraşdıran ustanı elektrik cərəyanı vuraraq öldürüb.

 

Manset.az xəbər verir ki, hadisə bu gün Bərdə rayonu, Gərənə kəndi ərazisində baş verib.

Belə ki, kəndin ərazisində müşahidə kamerası quraşdıran ustanı elektrik cərəyanı vurub. Nəticədə usta hündürlükdən yıxılıb. O, ətrafdakıların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq ustanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az