Salyan rayonunun Xalac kəndində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində əsgər özünü güllələyib.
Manset.az Apa-ya istinadən xəbər verir ki, 5 saylı cəzaçəkmə müəssisəsində əsgər 2004-cü il təvəllüdlü Şamxalov Ülvü İlyas oğlu xidməti silahdan açılan atəşdən güllə yarası alıb. Yaralı əsgər Salyan rayon xəstəxanaya yerləşdirilib.
Hadisənin özünəqəsd və ya ehtiyatsızlıqdan baş verməsi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Salyan rayonunun Xalac kəndində yerləşən cəzaçəkmə müəssisəsində əsgər özünü güllələyib.
Manset.az xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən faktı Apa-ya təsdiq ediblər.