Biləsuvarda iki nəqliyyat vasitəsi toqquşub.
Manset.az xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.
"VAZ-2107" markalı minik avtomobili "VAZ-2105" markalı minik avtomobili ilə toqquşub. Toqquşma nəticəsində "VAZ 2105" in sürücüsü Mirzə Adışlı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.