Penitensiar Xidmətin hərbi qulluqçusu odlu silahdan atəş açaraq özünə xəsarət yetirdi

17:15 - 06 Avqust 2023

Penitensiar Xidmətin hərbi qulluqçusu odlu silahdan atəş açaraq özünə xəsarət yetirdi

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu, əsgər Şamxalov Ülvi İlyas oğlunun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə Lənkəran Hərbi Prokurorluğuna məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, daxil olmuş məlumat əsasında Lənkəran hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilibdir.

Hazırda Lənkəran hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az