Dənizdə batan 3 nəfərdən ikisi xilas edildi - YENİLƏNDİ

19:14 - 07 Avqust 2023

Dənizdə batan 3 nəfərdən ikisi xilas edildi - YENİLƏNDİ

Lənkəranda dənizdə batan Lerik sakininin meyiti tapılıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Report”un Cənub bürosu məlumat verib. Batan şəxs Lerik rayonunun Bırkandul kənd sakini İsa Əliyevdir.

Meyitə baxış keçiriləndən sonra aidiyyəti üzrə təhvil veriləcək.

***19:10

Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində nəzarət edilməyən çimərlikdə batmaq üzrə olan 3 nəfərdən ikisi xilas edilib, bir nəfərin axtarışları isə davam etdirilir.

 

Manset.az xəbər verir ki,  Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilasedicilərinin ərazidə apardıqları axtarış işləri nəticəsində Lerik rayon Ambu kənd sakinləri - 16 yaşlı Asiman Quluzadə və 22 yaşlı Sadiq Cavad oğlu Rufullayev xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Hazırda üçüncü şəxs - Lerik rayonunun Bırkandul kənd sakini İsa Teyyub oğlu Əliyevin axtarışları davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az