Azərbaycanda yüksək rütbəli məmurun oğlundan ŞOK ƏMƏL

10:40 - 23 Oktyabr 2023

Azərbaycanda yüksək rütbəli məmurun oğlundan ŞOK ƏMƏL

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən və yüksək rütbə daşıyan N.H-nin ailəsində baş verib. Hadisəni törədən oğlan vəzifəli şəxsin oğlu, bıçaqlanan qadın isə onun həyat yoldaşıdır.

***

Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb.

Manset.az xəbər verir ki, 2006-cı il təvəllüdlü K. H. ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü S. Heybətovanı bıçaqlayıb.

Daha sonra o, anasını Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az