Zaqatalada 15 yaşlı qız göbələkdən zəhərləndi

22:04 - 24 Oktyabr 2023

Zaqatalada 15 yaşlı qız göbələkdən zəhərləndi

Zaqatalada zəhərlənmə hadisəsi olub.

 

Manset.az  APA-ya istinadən bildirir ki, rayonun Aşağı Tala kənd sakini, 2008-ci il təvəllüdlü Aysun Hikmət qızı Mehdiyeva zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət edib.

Müayinə zamanı A.Mehdiyevanın yaşadığı evin həyətyanı sahəsindən göbələk yığıb yedikdən sonra zəhərləndiyi məlum olub.

A.Mehdiyevaya lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxanada davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az