Bakıda yol ayrıcısında zəncirvari qəza - Xəsarət alanlar var

00:47 - 25 Oktyabr 2023

Bakıda yol ayrıcısında zəncirvari qəza - Xəsarət alanlar var

Bakının Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə ilə Şeyx Məhəmməd Xiyabani küçələrinin kəsişməsində baş verib.

İlkin Quliyev idarəetməsində olan “Daewoo” markalı maşınla Abbas Mirzə Şərifzadə küçəsində hərəkətdə olan “Toyota” markalı maşına çırpılıb.

Zərbənin gücündən “Daewoo” yol kənarında dayanan “Hyundai” a çırpılıb.

Qəza nəticəsində “Toyota”da olan sürücü xəsarət alıb.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Qəza nəticəsində hər üç maşına ziyan dəyib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az