Gəncədə 17 yaşlı oğlanı maşın vurub.
Publika.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.
Belə ki, "Toyota Camry" markalı minik avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2006-cı il təvəllüdlü E. Namazovu vurub.
Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, hazırda E.Namazovun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.