Cəlilabadda ağır qəza: Yaralılar var

21:15 - 01 Noyabr 2023

Cəlilabadda ağır qəza: Yaralılar var

Cəlilabad rayonunda yol-nəqliyyatı hadisəsi olub.

 

Manset.az “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, hadisə rayonun Cəlilabad-Boyxanlı avtomobil yolunda qeydə alınıb.

Belə ki, tarladan qayıdan traktor “VAZ-2106” markalı avtomobil ilə toqquşub.

Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq kartof əkilən sahəyə düşüb.

Qəzada yaralıların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az