23 yaşlı sürücü ağır qəza törətdi - Anası öldü

09:22 - 02 Noyabr 2023

23 yaşlı sürücü ağır qəza törətdi - Anası öldü

Saatlı rayonunda ağır yol qəzası baş verib.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində qeydə alınıb.

2000-ci il təvəllüdlü Emil Astanov sürücülük vəsiqəsi olmadan və sərxoş halda idarə etdiyi “VAZ- 21063” markalı avtomobili yol kənarındakı binaya çırpıb. Nəticədə sürücünün anası, 1959-cu il təvəllüdlü Aybəniz Astanova ağır xəsarətlər alıb. O, Bakıda Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az