Tərtərdə mina partladı - Yenilənib

08:01 - 03 Noyabr 2023

Tərtərdə mina partladı - Yenilənib

Tərtər rayonu Borsunlu kəndi ərazisində mina partlayışı örüş yerinin yaxınlığında kənd sakininin fərdi təsərrüfatına aid heyvanlarını axtararkən baş verib.

Manset.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib.

06:54

Noyabrın 3-ü saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlaması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Manset.az-a Tərtər rayon prokurorluğundan məlumat verilib.

Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb.

Hazırda vəziyyəti orta-ağır olub, müalicəsi xəstəxanada davam etdirilir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az