Zəngilanda qəzada ölən və yaralananlar var - YENİLƏNDİ

19:05 - 05 Noyabr 2023

Zəngilanda qəzada ölən və yaralananlar var - YENİLƏNDİ

Zəngilan ərazisində baş vermiş avtomobil qəzası nəticəsində xəsarət alanların adları məlum olub.

 

Manset.az-ın xəbərinə görə, "Pikap" tipli avtomobilin yük maşınınla toqquşması nəticəsində 45-50 yaşlarında kişi hadisə yerində dünyasını dəyişib.

Avtoqəzada, 1995-ci il təvəllüdlü Vüsal İsmayılzadə, Natiq Bayramov, Emin İbrahimov və daha bir nəfər xəsarət alıb.

Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***18:27

Zəngilanda ölümlə nəticələn ağır yol qəzası baş verib.

 

Manset.az-ın xəbərinə görə, hadisə rayonun Ağalı kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mitsubishi" markalı minik avtomobili ilə qoşqulu "Kamaz" markalı yük maşını toqquşub.

Qəza zamanı minik avtomobilinin sərnişinlərindən biri hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb. Xəsarət alanlar minik avtomobilinin sürücüsü Emin İbarahimov və sərnişinlər - Natiq Bayramov, Vüsal İsmayılzadə və Təbriz adlı şəxslərdir.

Qeyd edək ki qəza düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən şirkətlərin birinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az