Ucarda 7 nəfərin xəsarəti ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Ucar-Zərdab yolunun Ucar rayonunun Lək kəndindən keçən hissəsində baş verib.
Rəşad Lətifovun İdarə etdiyi "Mercedes" və Cəlal Cəfərovun idarə etdiyi "Toyota Carolla" markalı minik avtomobilləri Sərvan Ağayevin yol kənarında saxladığı "Mercedes" markalı minik maşınına çırpılıb.
Nəticədə 7 nəfər xəsarət alıb. Onlardan ikisi Zərdab Mərkəzi Rayon Xəstəxanasına, beşi isə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.