Bakıda üç nəfərin bank kartından bu qədər pul oğurlandı

10:27 - 10 Noyabr 2023

Bakıda üç nəfərin bank kartından bu qədər pul oğurlandı

Bakıda üç nəfərin bank kartından 1482 manat oğurlanıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda üç nəfərin bank kartlarından hesablarındakı ümumilikdə 1482 manat pulu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Cabir Əsgərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az