Binəqədi rayonunda yanğın oldu

19:11 - 12 Noyabr 2023

Binəqədi rayonunda yanğın oldu

Bakı şəhərinin Binəqədi rayonunda hasara alınmış ərazidə taxta və məişət tullantıları 30 m² sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən xəbərə görə, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 100 m² olan avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 50 m² sahədə əriyib və sahəsi 600 m² olan talvarın şiferdən ibarət dam örtüyü 20 m² sahədə dağılıb.

Sexin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az