2 avtomobil toqquşdu: Xəsarət alanlar var - YENİLƏNDİ

00:40 - 14 Noyabr 2023

2 avtomobil toqquşdu: Xəsarət alanlar var - YENİLƏNDİ

Gəncə şəhərində 2 avtomobilin toqquşması nəticəsində xəsarət almış Ayaz Məmmədov yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, qəzada xəsarət almış digər şəxsin müalicəsi isə davam edir.

Bundan başqa, məlumata görə, eyni qəzadan daha 1 nəfər də xəstəxanaya müraciət edib. O, 1995-ci il təvəllüdlü T.Cəfərovdur.

Xatırladaq ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində 2 avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

***22:37
Gəncə şəhərində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, Gəncə şəhər Üzeyir Hacıbəyli küçəsində "VAZ" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Məhəd Qasımov və 1985-ci il təvəllüdlü Ayaz Məmmədov xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az