Azərbaycanda AĞIR QƏZA - Yaralılar var

14:47 - 15 Noyabr 2023

Azərbaycanda AĞIR QƏZA - Yaralılar var

Lənkəranda yük və minik avtomobilləri toqquşub, 7 nəfər xəsarət alıb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı yolunun Girdəni kəndi ərazisində baş verib.

Belə ki, "QAZel" markalı yük avtomobili "VAZ-21011" markalı minik avtomobili ilə toqquşub.

Toqquşma nəticəsində 5-i Bərdə rayon sakinləri olmaqla 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə rayon sakinləri - 1984-cü il təvəllüdlü Ramin İsax oğlu Hüseynov, 1957-ci il təvəllüdlü Roza İsacan qızı Hümmətova, 2009-cu il təvəllüdlü Yasəmən Yasin qızı Şirinzadə, 1981-ci il təvəllüdlü Sevil Sabir qızı Hüseynova, 1980-ci il təvəllüdlü Sevinc Sabir qızı Hüseynova və iki nəfər Lənkəran rayon sakinləri 1988-ci il təvəllüdlü Elmin Əli oğlu Rzayev, 1984-cü il təvəllüdlü Mirmayis Mətləb oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Acil şöbəsinə yerləşdiriliblər.

Yaralılardan Roza Hümmətovanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az