Naftalanda itkin düşən qadın tapıldı

18:47 - 17 Noyabr 2023

Naftalanda itkin düşən qadın tapıldı

Naftalanda itkin düşən 27 yaşlı qadın tapılıb.

 

Manset.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində Fatimə Quliyevanın Bakı şəhərində olduğu müəyyən edilib. F. Quliyeva izahatında ailəsini könüllü tərk etdiyini və geri dönmək istəmədiyini bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az