Tufandağda xarici ölkə vətəndaşı belə xilas edildi - VİDEO

14:58 - 19 Noyabr 2023

Tufandağda xarici ölkə vətəndaşı belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunda Tufandağ ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Manset.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri axtarış-xilasetmə işlərinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dağlıq ərazidə 2015-ci il təvəllüdlü xarici ölkə vətəndaşı R.Məmmədov köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağı xilas ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az