Hacıqabulda "Prius" aşdı: Ölənlər var - YENİLƏNDİ

23:18 - 20 Noyabr 2023

Hacıqabulda \"Prius\" aşdı: Ölənlər var  - YENİLƏNDİ

Hacıqabulun Abulyan kəndində ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı ikiyə çatıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, xəsarət alan 3 nəfərdən biri - Abdulabad kənd sakini, 2010-cu il təvəllüdlü Əliyar Şirəliyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, qəza zamanı bir nəfər hadisə yerində ölüb, xəsarət alan 2 nəfər Şirəliyev Rafail Əlzamin oğlu və Abışov Pənah Şamo oğlu isə Şirvan Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər görüblər.

Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

***21:13
Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Abdulyan kəndində qeydə alınıb.

Avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az