Piyada avtomobilin zərbəsindən son anda xilas oldu - Video

10:32 - 22 Noyabr 2023

Piyada avtomobilin zərbəsindən son anda xilas oldu - Video

Dünən Bakının Nəsimi rayonu Füzuli küçəsində “Toyota Prius” və “Range Rover” markalı avtomobillər toqquşub.

 

Manset.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisənin yeni yayılan görüntülərindən manevr qaydalarını pozan “Prius”un qəzaya səbəb olması, toqquşmadan yayınmaq istəyən “Range Rover”in isə səkiyə çıxması aydın görünür.

Nəticədə hər iki avtomobilə xeyli ziyan dəyib. Səkidəki avtobus zolağı işarəsi və zibil qabı “Range Rover”in çırpılması nəticəsində sınıb. Həmçinin səkidə hərəkətdə olan piyada avtomobilin zərbəsindən son anda xilas ola bilib.

 “Xəzərxəbər”ə istinadən həmin videonu təqdim edirik: 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az