Saatlıda sənədsiz silahlar polisə təhvil verildi

21:20 - 05 Dekabr 2023

Saatlıda sənədsiz silahlar polisə təhvil verildi

Saatlı rayonunda iki nəfər müvafiq sənədləri olmayan ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Qeyd olunub ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az