Trendyol Super Liqasının 27-ci həftəsində "Qalatasaray" - "Antalyaspor" matçında futbolçu Karlos Vinisiusun hakimə reaksiyası sosial mediada müzakirələrə səbəb olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Vinisius mövqedən sonra hakimi söyüb.
Vinisiusun cəza alıb-almayacağı maraq doğursa da Futbol İntizam Təlimatının 75-ci maddəsinə əsasən cəzalandırılmaya bilər.
Həmin maddədə deyilir: "Şifahi intizam pozuntularında rəsmi yayımçının görüntüləri tamaşaçılar tərəfindən pozuntu kimi qəbul ediləcək sözlər sübut kimi qəbul edilə bilər. VAR sisteminin tətbiq olunduğu yarışlarda bu maddənin müddəası tətbiq edilmir".
Əgər bu təhqir hesabatlara daxil edilmirsə, Vinisius PFDK-ya göndərilməyəcək.
Əfsanə Rəcəb
Manşet.az