Azərbaycan millisinin futbolçusu Höccət Haqverdi cəzalı duruma düşüb.
Manşet.az-ın məlumatına görə, buna 28 yaşlı müdafiəçinin Belqradda Serbiya yığması qarşı 2022-ci il dünya çempionatının seçmə oyununda sarı vərəqə görməsi səbəb olub.
Təcrübəli oyunçu bu üzdən noyabrın 11-də Lüksemburqla ev matçını buraxacaq.
Qeyd edək ki, Serbiya - Azərbaycan görüşündə hazırda ilk hissə oynanılır və hesab rəqibin xeyrinədir - 1:0.