Azərbaycan millisi Bolqarıstana QARŞI

09:26 - 25 Mart 2024

Azərbaycan millisi Bolqarıstana QARŞI

Azərbaycan millisi FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan “FİFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün 2-ci - sonuncu matçına çıxacaq.

 

Manset.az Qol.az-a istinadən xəbər verir ki, rəqib Bolqarıstan millisi olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Azərbaycan millisi ilk oyununda Monqolustana 1:0 hesabı ilə qalib gəlib. Bolqarıstan isə eyni hesabla Tanzaniyanı üstələyib.

Bu gün eyni zamana, Tanzaniya Monqolustanla qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.

Xatırladaq ki, bu yarış turnir deyil və yoldaşlıq xarekterli layihə məqsədi daşıyır. Ona görə də yarışın qalibi olmayacaq. 

25 mart

20:00.Azərbaycan – Bolqarıstan

Baş hakim: Kristo Tohver (Estoniya)

Tofiq Bəhramov adına Respublika stadionu


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az