Millimizin futbolçusu zədələndi - Bolqarıstanla oyunu buraxacaq

18:21 - 25 Mart 2024

Millimizin futbolçusu zədələndi - Bolqarıstanla oyunu buraxacaq

Azərbaycan milli komandasının futbolçusu Vüsal İsgəndərli ötən gün baş tutan məşqdə zədələnib.

 

Manset.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən futbolçunun adı “FIFA series – Edition 2024” layihəsi çərçivəsində millimizin Bolqarıstan yığması ilə keçirəcəyi oyunun sifariş ərizəsinə salınmayıb.

Qeyd edək ki, oyun bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az