İdmançılarımız İtaliyada 4 qızıl medal qazandı

22:00 - 08 Aprel 2024

İdmançılarımız İtaliyada 4 qızıl medal qazandı

Azərbaycan savatçıları İtaliyanın Genuya şəhərində keçirilən beynəlxalq turnirdə dörd medal qazanıblar.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Manset.az-a bildiriblər ki, bunlardan üçü qızıl, biri isə gümüş mükafatdır.

Yığmanın heyətində Yasin İbrahimov (56 kiloqram), Məhəmməd Məmmədli (48 kiloqram) və Raul Hüseynzadə (30 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Nihat Quliyev (60 kiloqram) isə ikinci yeri tutub. Onlar savaşın assault və prokombat növləri üzrə yarışlarda buna nail olublar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az