Türkiyədə klub pprezidenti tərəfindən döyülən hakimə UEFA-dan təyinat

12:14 - 09 Aprel 2024

Türkiyədə klub pprezidenti tərəfindən döyülən hakimə UEFA-dan təyinat

FİFA lisenziyalı, türkiyəli futbol hakimi Halil Umut Meler aprelin 11-də İngiltərənin "Liverpul" və İtaliyanın "Atalanta" komandaları arasında UEFA Avropa Liqasının 1/4 final mərhələsinin oyununu idarə edəcək.

 

Manset.az xəbər verir ki, İngiltərənin Liverpul şəhərindəki "Anfild" stadionunda saat 20.00-da başlayacaq yarışda Halil Umut Melerin köməkçiləri Mustafa Emre Eyisoy və Kerem Ersoy olacaq. Matçın dördüncü hakimi  olaraqsa Arda Kardeşler çıxış edəcək.

Qarşılaşmada VAR funksiyasını Alper Ulusoy, AVAR funksiyasını isə Abdülkadir Bitigen yerinə yetirəcək.

Xatırladaq ki, dekabr ayında Türkiyə Superliqasında "Ankaragücü" klubunun prezidenti Faruk Koca "Çaykur Rizespor"la oyundan sonra hakim Halil Umut Meləri yumruqla vurmuşdu. Hakimə qarşı edilən bu hərəkətlər dünya mətbuatında geniş əks-səda doğurmuşdu.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az