Şahmatçımız hindistanlı rəqibini MAT ETDİ

18:32 - 16 May 2024

Şahmatçımız hindistanlı rəqibini MAT ETDİ

Birləşmiş Ərəb Əmirliyində keçirilən Şarjah Master şahmat turnirində 2-ci tura yekun vurulub.

 

Manset.az Bizim.Media-ya istinadən xəbərt verir ki, Eltac Səfərli turu qələbə ilə başa vurub.

O, hindistanlı həmkarı Samant Adityanı mat edib. Teymur Rəcəbov və Aydın Süleymanlı yarım xala razı olublar. Məhəmməd Muradlı turu xalsız başa vurub.

Qeyd edək ki, 2 turdan sonra şahmatçılarımızın hesabında 1 xal var.

Şarjah Masters, II tur

Məhəmməd Muradlı – Çitambaram Aravind (Hindistan) – 0:1

Teymur Rəcəbov – Şamsaddin Vohidov (Özbəkistan) – 0,5:0,5

Aydın Süleymanlı – Feliks Bolmerger (Avstriya) – 0,5:0,5

Eltac Səfərli – Samant Aditya (Hindistan) – 1:0.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az