"Trabzonspor"un kapitanı Avropa nəhənglərinin hədəfindədir

12:27 - 17 May 2024

\"Trabzonspor\"un kapitanı Avropa nəhənglərinin hədəfindədir

"Trabzonspor"un kapitanı Uğurcan Çakırın adı bir müddətdir ki, Səudiyyə Ərəbistanı komandalarında hallanır.

 

Manset.az xəbər verir ki, Şotlandiya mətbuatı Uğurcan Çakırla bağlı xəbərlərində Səudiyyə Ərəbistanından bir klubun futbolçuya çox yüksək maaş təklif etdiyini yazıb.

Həmçinin, liqa çempionluğunu elan edən "Seltik"in Uğurcan Çakırı çox istədiyi və yayda rəsmi təklifin ediləcəyi bildirilib.

Uğurcanla Şotlandiyada “Seltik”, “Nant” və “Roma”nın da maraqlandığı qeyd olunub. “Trabzonspor” Uğurcanın mümkün transferindən 8-10 milyon avroluq gəlir əldə etməyi hədəfləyir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az