Final seriyasında hesab bərabərləşdi

10:53 - 20 May 2024

Final seriyasında hesab bərabərləşdi

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçirilib.

 

Manset.az xəbər verir ki, dueldə “Xəzri” və “Sabah” komandaları üz-üzə gəlib. “Sərhədçi” İdman Mərkəzində baş tutan matçda "Sabah" qələbə qazanıb - 94:63.

Bu komandalar arasında reallaşan ilk qarşılaşmada "Xəzri" qalib gəlmişdi - 95:70.

Qeyd edək ki, seriyanın növbəti görüşü mayın 22-də oynanılacaq. Üç qələbə qazanan kollektiv qızıl medallara sahib çıxacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az