“Qarabağ” və “Zirə" 37-ci dəfə üz-üzə gələcək

18:44 - 28 May 2024

“Qarabağ” və “Zirə\" 37-ci dəfə üz-üzə gələcək

Azərbaycan Kubokunun finalında üz-üzə gələcək “Qarabağ”la “Zirə” 37-ci dəfə qarşılaşacaq.

 

Manset.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar indiyədək 36 dəfə görüşüblər.

Bu matçlardan 35-i Premyer Liqa, 1-i kuboka təsadüf edib. Ağdam təmsilçisi 23, bakılılar isə 1 dəfə qalib gəlib. 12 qarşılaşma heç-heçə bitib.

Yeganə kubok görüşündə də sülh qeydə alınıb. İki il əvvəl finalda üz-üzə gələn rəqiblər kubokun taleyinə penaltilər seriyasında aydınlıq gətiriblər. Daha dəqiq olan “Qarabağ” titula yiyələnib.

Əvvəlki matçlarda Qurban Qurbanovun komandası 71, "Zirə" 18 qola imza atıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az