“Əl-Nasr”ın baş direktoru Qvido Fienqa hücumçu Kriştiano Ronaldonun növbəti mövsümdə klubda qalacağını təsdiqləyib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkələrdə məlumat verib.
Xatırladaq ki, Kriştiano Ronaldo 2023-cü ildə “Əl-Nəsr”ə keçib. Bu mövsüm Ronaldo bütün turnirlərdə 45 matçda iştirak edib, 44 qol vurub və 13 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.