"Neftçi" Ramil Şeydayevi transfer etdi

13:34 - 16 İyul 2024

\"Neftçi\" Ramil Şeydayevi transfer etdi

“Neftçi” klubu yeni transferini açıqlayıb. Ramil Şeydayevin paytaxt təmsilçisinə keçidi rəsmiləşib.


Manset.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb.

28 yaşlı hücumçu Bakı klubunun heyətində 90 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, R.Şeydayevin son klubu Türkiyənin “Kocaelispor” olub.

Xatırladaq ki, bir neçə gün öncə onun paytaxt təmsilçisi ilə anlaşdığı, yaxın günlərdə müqavilə imzalayacağı barədə xəbər yayılmışdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az