Davit Volkov Azərbaycan çempionatları tarixinə düşdü

11:52 - 05 Avqust 2024

Davit Volkov Azərbaycan çempionatları tarixinə düşdü

Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün ilk het-triki qeydə alınıb.

 

Manset.az xəbər verir ki, bu, I turun “Zirə” – “Səbail” oyununda (4:1) gerçəkləşib. Davit Volkov birinci hissədə üç qol vurub.

Gürcüstanlı hücumçu bununla da Azərbaycan çempionatları tarixinə düşüb. O, ən çox het-trik edən legioner adına yiyələnib.

“Zirə”də ikinci dəfə belə uğura imza atan Volkov “Sabah”ın heyətində də bir het-trik müəllifi olub. Üç het-trikə imza atan ilk legioner kimi tarixə düşən gürcüstanlı hücumçu hərəyə iki dəfə fərqlənən Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanı arxada qoyub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az