"Danışıqlar aparılan vaxt ABŞ-nin İrana niyə hücum etdiyini anlamıram" - Əraqçi

23:59 - 28 Fevral 2026

\"Danışıqlar aparılan vaxt ABŞ-nin İrana niyə hücum etdiyini anlamıram\" - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ administrasiyasını anlamaqda çətinlik çəkdiyini bildirib.


Manset.az xəbər verir ki, İranın XİN başçısı bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Mən bilmirəm ki, niyə ABŞ administrasiyası İranla danışıqlara başlamağı tələb edir, dialoq aparılan vaxt isə İrana hücum edir", - A. Əraqçi qeyd edib və bildirib ki, oxşar problem 2025-ci ilin iyununda da yaşanıb.

Xatırladaq ki, 2025-ci ilin iyununda İranın nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqlar aparılan zaman İsrail İslam Respublikasına zərbələr endirib və qarşılıqlı hücumlar 12 gün davam edib. Savaş ərzində ABŞ də İranın nüvə obyektlərini bombalayıb.

2026-cı il fevralın 28-də ABŞ və İsrail İranın şəhərlərinə hava zərbələri endirib. Halbuki ABŞ ilə Cenevrə danışıqlarında irəliləyişin əldə olunduğu bildirilirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az