İtaliya A Seriyasında "Yuventus" klubu Kənan Yıldızın müqaviləsinin 2029-cu ilə qədər uzadıldığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, türkiyəli ulduz bu gündən etibarən 10 nömrəli formanı geyinəcək.
Futbol karyerasına “SV Saller” klubunda başlayan Kənan Yıldız sonra “Regensburq” və “Bavariya”nın komandalarında çıxış edib.
Gənc futbolçu 2022-ci ildə “Yuventus”a transfer edilib və növbəti il klubun əsas komandasına keçib.
Kənan Yıldız “Yuventus”un heyətində 46 matçda meydana çıxıb. 14 qol vuran türkiyəli ulduz futbolçu 8 məhsuldar ötürmə ilə yadda qalıb.