“Fənərbaxça” və “Qalatasaray” sosial media platforması "X"də izləyici sayı ilə bir çox Avropa nəhəngini geridə qoyub.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, “Qalatasaray” və “Fənərbaxça” X sosial media platformasında izləyici sayına görə Avropanın idman klubları arasında ilk 10-luqdadır.
"X" platformasında Avropada ən çox izləyicisi olan idman klubları arasında Qalatasaray 8-ci, Fənərbaxça isə 10-cu pillədə qərarlaşıb.
Ən çox "X" izləyicisi olan ilk 10 Avropa komandası arasında Türkiyə və İspaniyadan 2, İngiltərədən və Fransadan 1 komanda var.