Türkiyəli məşqçi Samet Aybaba Azərbaycan millisinə baş məşqçilik edəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Manset.az-ın məlumatına görə, 66 yaşlı mütəxəssis "Fanatik"ə açıqlamasında AFFA ilə danışıqlar apardığını təsdiq edib:
"AFFA-nın mənimlə maraqlandığı düzdür. Görüşlərimiz də olub. Amma hələlik rəsmi müqavilə yoxdur. Danışıqlarımız davam edir".
Qeyd edək ki, Samet Aybaba "Beşiktaş", "Trabzonspor" kimi məşhur klubları çalışdırıb.