Qvardiola "Mançester Siti"nin uğursuzluğundan danışdı

13:28 - 10 Noyabr 2024

Qvardiola \"Mançester Siti\"nin uğursuzluğundan danışdı

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola bu mövsüm çempionluq uğrunda mübarizədən danışıb.

 

Manset.az xəbər verir ki, onun sözlərini ESPN yayıb.

"Bəlkə son yeddi il ərzində altı Premyer Liqa titulunu qazandıqdan sonra, başqa bir komanda bu il çempionluğu qazanmağa layiqdir", - deyə Qvardiola bildirib.

Xatırladaq ki, "Mançester Siti" son dörd oyunda məğlub olub. Komanda hazırda İngiltərə çempionatında 11 oyundan sonra 23 xalla ikinci pillədə qərarlaşıb. "Liverpul" 11 oyundan sonra 28 xalla birinci yerdədir. Növbəti turda (23 noyabr) "şəhərlilər" "Tottenhem"lə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az