"Zirə" "Şamaxı"ya qalib gəldi

17:05 - 24 Yanvar 2025

\"Zirə\" \"Şamaxı\"ya qalib gəldi

Misli Premyer Liqasının XX turunun açılış oyununda "Zirə" "Şamaxı"ya qalib gəlib.

 

Manset.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüşdə hesabı ev sahibləri açıb.

38-ci dəqiqədə Brahim Konate diqqət mərkəzinə düşüb. Failə ərəfəsində qonaqlar hesaba tarazlıq gətiriblər. 45+2-ci dəqiqədə Ruan Renato dəqiq zərbə müəllifi olub.

"Qartallar"ın qələbə qoluna isə Salifu Suma imza atıb. 49-cu dəqiqədə bölgə təmsilçisinin qapısına yol tapan futbolçu komandasına 2:1 hesablı qələbə qazandırıb.

Hazırda Bakı klubu turnir cədvəlində 36 xalla üçüncü pillədə qərarlaşıb. Səkkizinci olan "Şamaxı" 17 xala malikdir.

Qeyd edək ki, turun digər oyunları yanvarın 25-də və 26-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv