İtaliyanın "Yuventus" klubu Fransa millisinin futbolçusu Pyer Kalyulyu ilə yeni müqavilə imzalayıb.
Manset.az Report.az-a istinafən xəbər verir ki, ötən mövsümü icarə əsasında A Seriyasının digər klubu "Milan"da keçirən 25 yaşlı müdafiəçi ilə yeni müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, P.Kalyulyu ümumilikdə "Yuventus"un heyətində bütün yarışlarda 39 oyun keçirib və 1 qol vurub.